понедельник, 20 июня 2016 г.

Mövzu 1. Mən fərdəm və özümə hörmət edirəm.

Məlumat
Fərdilik anlayışı mənasına görə yeganəlik ,müstəsnalıq, bir insanın digərinə bənzəməməsi anlayışına bərabərdir.Fərdilik - öz proqramına müvafiq hərəkət etmək,öz qərarlarını qəbul etmək imkanıdır.Bu mənada fərdilik çox erkən vaxtlarda -insan həyatının birinci ayında özünü göstərir.Uşaq  özü əllərinianasına uzadır,əmziyini özü ağzından çıxarır və s.İlk növbədəfərdilik hərəkətlərdə ilk itaətsizlikdə,(sözə baxmamaqda, sözə qulaq asmamaqda), ilk inadkarlıqda ,sonra isə "mən özüm" kimi sözlərdə özünü göstərir."Mən özüm " ifadəsi -uşağın insanlara,dünyaya münasibətinin ,onlarla qarşılıqlı əlaqədə olmaq imkanının yaranması deməkdir.Bu öz imkanlarını qiymətləndirməkdən, konkret vəziyyətiimkanlarını nəzərə almaq şərti ilə təhlil etməkdən ,məqsəd qoyub ona çatmaq bacarığından ibarətdir.
Hər bir insan fərdiliyini göstərmək haqqı var.Fərdiliyin dəyəri başqalarının dəyərləri ifadə olunana məişət münasibətlərdən,insanın öz dəyərindən yaranır.

Комментариев нет:

Отправить комментарий